Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

iPhone istifadəçilərin nəzərinə!


“Azercell” mobil operatoru daxil olan zəng və sms-lərin prefiksində dəyişiklik edib. Belə ki, artıq daxil olan zəng və mesajlar +994XX XXX XXXX prefiksi ilə daxil olacaq. Bu da o deməkdir ki, artıq "iPhone" istifadəçiləri kontaktlarda bir nömrəni iki dəfə daxil etməli olmayacaq.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə "Apple"-ın Azərbaycan üzrə rəsmi mağazasının "facebook" səhifəsində bildiriş yerləşdirilib.

Xatırladaq ki, bu problemlə bağlı Azərbaycanda "Apple"-ın rəsmi mağazaları tərəfindən "Azercell" şirkətinə məktub ünvanlanmış və şirkət rəhbərliyinin mediaya müsahibələrində də bu məsələ dəfələrlə qaldırılmışdı.




29/03/13    Çap et