Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial şəbəkələrlə bağlı statistika açıqlanıb


"IDC" analitik şirkəti "Facebook"un 18-44 yaş kateqoriyasına məxsus 7446 amerikalı istifadəçisi arasında sorğu keçirib. Respondentlərin 50%-də smartfon olub.

Sorğunun nəticəsinə əsasən, rəyi soruşulanların 79%-i yuxudan oyandıqdan 15 dəqiqə sonra çox vaxt elektron poçtunu və sosial şəbəkədəki səhifəsini yoxlamaq üçün smartfon üzərindən internetə daxil olurlar. Respondentlərin 62%-i isə yuxudan oyandıqdan dərhal sonra internetə daxil olurlar. 18-24 yaş kateqoriyasında bu göstərici müvafiq olaraq 89% və 74% təşkil edir.

Sorğunun sponsorunun "Facebook" olmasını nəzərə alsaq, o zaman sualların əksəriyyətinin sosial şəbəkələrlə bağlı olması başa düşüləndir. Smartfon istifadəçilərinin 70%-i "Facebook"dan müntəzəm istifadə edirlər. Axşamlar və iş gününün sonuna yaxın sosial şəbəkədən pik istifadə qeydə alınır.

Hesabata əsasən, orta statistik istifadəçi iş günü ərzində öz "Facebook" hesabını 13.8 dəfə yoxlayır.

Emil Hüseynov




29/03/13    Çap et