Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiya Elmlər Akademiyası bu il keçiriləcək beynəlxalq elmi və elmi-texniki tədbirlərin siyahısını AMEA-ya təqdim edib


Rusiya Elmlər Akademiyası (REA) 2013-cü ildə keçiriləcək beynəlxalq elmi və elmi-texniki tədbirlərin siyahısını hazırlayıb.

Siyahı REA tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) təqdim edilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən AMEA-dan bildirilib ki, daxil olan siyahıda yer almış tədbirlərlə bağlı ətraflı məlumatı onların keçirilməsinə məsul olan təşkilatlardan almaq olar.

Əlavə məlumat üçün AMEA Rəyasət Heyətinin Elmi-təşkilat şöbəsinə müraciət etmək olar.

HƏQİQƏT




29/03/13    Çap et