Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün “Apple Computer, Inc” firması qeydiyyatdan keçirilib


1970-ci illərin ortalarında Kaliforniyada Stiv Cobs və Stiv Voznyak tərəfindən "Apple Computer Company" şirkətinin əsası qoyulub. 1976-cı ildə istehsal edilmiş "Apple I" ilk proqramlaşdırılan mikrokompüter olmayıb, birincilik hüququ Ed Roberts tərəfindən yaradılmış "Altair 8800" mikrokompüterinə məxsusdur.

Lakin "Altair" "fərdi kompüter" hesab olunmur, çünki onun vasitəsilə daha ciddi məsələləri həll etmək mümkün deyildi.

1976-77-ci illərdə bir sıra firmalar tərəfindən ilk fərdi kompüterlərin istehsal edilməsinə baxmayaraq, lakin milyonlarla nüsxəsi istehsal edilmiş "Apple II" kompüteri ilk kütləvi fərdi kompüter sayılır.

Emil Hüseynov




01/04/13    Çap et