Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xüsusi xidmət orqanları istənilən şəklin çəkiliş yerini biləcəklər


Amerika xüsusi xidmət orqanları istənilən fotonun dünyanın hansı nöqtəsində hazırlandığını müəyyən edən kompyuter sistemi hazırlayır . Tədqiqat proqramı Yaxın Şərqin uzaq regionlarında terrorçuları izləməyə kömək edəcək. Sistemin terrorçuların kompyuterlərində aşkar edilmiş videofaylları və şəkilləri ekspress analiz edəcəyi planlaşdırılır. Belə kompyuter, məsələn, “Abbottabade”-də Üsamə bin Ladenin düşərgəsində ələ keçirilib. Layihə ilə bağlı iş üçün cəlb edilmiş mütəxəssislər bildiriblər ki, bu məqsəd üçün intellektual sistem bir neçə mənbə məlumatlarından istifadə etməyə başlayacaq. Xüsusilə, bu, peykdən çəkilən şəkillər, həmçinin fotoda aşkar edilmiş geoloji və bioloji əlamətlər (landşaft xüsusiyyətləri və müəyyən bitki növləri) olacaq.


infox.ru




02/08/11    Çap et