Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti yeni “iPhone” modeli istehsal edəcək


Amerikanın elektronika nəhəngi "Apple" şirkəti bu rüb yeni "iPhone" smartfonu istehsal edəcək. Britaniyanın "BBC" radiostansiyası bildirib ki, qurğu ölçü və formasına görə "iPhone 5" smartfonunu xatırladacaq.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Apple" şirkəti eyni zamanda asiyalı tərəfdaşları ilə ucuz "iPhone" modeli üzərində işləyir.

Qeyd edək ki, bu ilin ikinci yarısında büdcəyə uyğun smartfonun satışa çıxarılacağı gözlənilir.

Emil Hüseynov




04/04/13    Çap et