Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnternet World Stats” "Facebook" sosial şəbəkəsinin Azərbaycan istifadəçilərinin sayını açıqlayıb


Azərbaycanda "Facebook" sosial şəbəkə istifadəçilərinin sayı ilin birinci yarısının yekunlarına əsasən 411 840 nəfər təşkil edib. “Trend”in məlumatına görə, bu barədə "İnternet World Stats"ın hesabatında deyilir. Respublika üzrə sosial şəbəkənin nüfuz səviyyəsi 4,9 faiz təşkil edir. Azərbaycan "Facebook" sosial şəbəkə istifadəçilərinin sayına görə Qazaxıstan (293 040), Belarus (95 120), Qırğızıstan (49 820), Tacikistan (20 260), Türkmənistan (13 000), Özbəkistan (82 900) və Ermənistanı (180 100) geridə qoyur. "Facebook" istifadəçilərinin ümumi sayı 700 milyon nəfəri keçir. "Facebook" şəbəkəsi 2004-cü il fevralın 4-də fəaliyyətə başlayıb, bu gün dünyanın 60 dilində, o cümlədən Azərbaycan dilində xidmətlər göstərir.




02/08/11    Çap et