Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilər “Skype” internet telefoniya xidmətində hər gün 2 milyard dəqiqə vaxt keçirirlər


"Skype"ın rəsmi bloqunda dərc edilmiş məlumata əsasən, onun istifadəçiləri xidmətdə gündəlik 2 milyard dəqiqə vaxt keçirirlər.

"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, 2 milyard dəqiqə Yer kürəsinin ətrafında 845 dövrə deməkdir.

Şirkətdə hesab edirlər ki, insanlar "Skype"dan yalnız xüsusi hallarda deyil, eyni zamanda, xüsusi önəm kəsb edən insanlarla əlaqə yaratmaq üçün istifadə edirlər.

Emil Hüseynov




04/04/13    Çap et