Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BP şirkətinin Xəzər dənizində tətbiq edəcəyi yeni texnologiyalarla bağlı seminar keçirilib


BP şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda tətbiq edəcəyi yeni texnologiyalar mövzusuna həsr olunan seminar keçirilib. "ICTnews" elektron xəbər xidmətinin ARDNŞ-in "Azneft" İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, seminarda birliyin Geoloji xidmətinin və NQÇİ-lərin bir qrup gənc geoloq və mühəndisləri iştirak ediblər. Seminarda dənizdə və quruda seysmik-kəşfiyyat işləri, hesablama əməliyyatları, BP şirkətinin əvvəllər Meksika körfəzində, sonra isə Braziliya, Misir, Anqola kimi ölkələrdə tətbiq etdiyi, indi isə Xəzərin dərin sulu ərazilərində tətbiq etdiyi yeni texnologiyalar, xüsusilə suvurma prosesində istifadə olunan "Bright Water" texnologiyası barədə müfəssəl məlumat verilib. CAHANGİR




04/04/13    Çap et