Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia”dan yeni, daha ucuz telefon (VIDEO)


“Nokia” şirkəti “Symbian Anna” əməliyyat sistemi ilə işləyən ucuz “Nokia 500” smartfonu təqdim edib. Monoblok korpusda hazırlanan aparat fin istehsalçısının 1 QHz prosessorla ilk “Symbian” smartfonu olub. Sensor ekranın diaqonalı 3,2 düym, kəskinliyi isə 360×640 nöqtə təşkil edir. Daxili yaddaş həcmi 2 QB-dır, 32 Qbayt tutuma qədər “MicroSD” formatı kartları dəstəklənir.
Yeniliyin ölçüləri 111,3×53,8×14,1 millimetr, çəkisi isə 93 qramdır, “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth 2.1” simsiz əlaqə adapterləri, “GPS” qəbuledicisi, “FM tyuner” və “MicroUSB” portu ilə təchiz olunub. Smartfon “GSM/EDGE” və “HSDPA” şəbəkələrində istifadə oluna bilər. Smartfonun qiyməti 150 dollardır. Cari rübdə satışa çıxarılacaq.


hard.compulenta.ru







02/08/11    Çap et