Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın bir neçə regionunda TV və FM proqramlarının yayım vəziyyəti araşdırılır


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ölkədə TV və FM proqramlarının yayım vəziyyətinin araşdırılması məqsədilə mütəmadi olaraq radiomonitorinqlər təşkil edir.

DRİ-dən verilən məlumata görə, növbəti radiomonitorinq işləri Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında həyata keçirilir.

Bununla əlaqədar olaraq idarənin "Radiomonitorinq" şöbəsinin mütəxəssisləri adıçəkilən rayonlara ezam olunublar.

CAHANGİR




08/04/13    Çap et