Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu da oldu: "zaman maşını" yaradıldı


İranlı iş adamı və alim Əli Razei yaxın gələcək barədə məlumat vermək qabiliyyətinə malik "zaman maşını"nın yaradılmasını bəyan edib. Alimin sözlərinə görə, əldə olunan informasiyanın dəqiqliyi 98%-ə çatır. "Mürəkkəb alqoritmlər dəsti"ndən istifadə edən qurğunun yaradılmasına təxminən 10 il vaxt sərf olunub.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, məlumatları əldə etmək üçün "zaman maşını"na insanın bir toxunuşu kifayətdir, bundan sonra həmin insan həyatının qarşıdakı 5-8 ili barədə informasiya əldə edə bilər.

Bu barədə Strateji Araşdırmalar Mərkəzində rəhbər vəzifəsində işləyən 27 yaşlı Əli Razei deyib. Alimin sözlərinə görə, tezliklə "zaman maşını"nın kommersiya istifadəsi mümkün olacaq.

Emil Hüseynov




11/04/13    Çap et