Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPad” üçün “Skype” proqramı yenidən “App Store” internet mağazasında yerləşdirilib


“iPad” planşetləri üçün “Skype” proqramı yenidən “App Store” internet mağazasında yerləşdirilib. “iPad” üçün “Skype” proqramı ilk dəfə “App Store” internet mağazasında avqustun 1-dən 2-nə keçən gecə əlavə edilib, ancaq naməlum səbəblərdən bir neçə saat sonra onu siliblər. “Skype” şirkəti öz mikrobloqunda qeyd edib ki, proqramı "vaxtından əvvəl" yerləşdiriblər. “Skype” müştərisi birinci və ikinci nəsil planşetlərdə işləyə bilər. Kamerasız “iPad” sahibləri videozəngləri qəbul edə bilərlər, ancaq həmsöhbət onları görməyəcək. Səs və ya videozəng etmək üçün “3G” və ya “Wi-Fi” şəbəkələrinə qoşulmaq lazımdır.


lenta.ru




03/08/11    Çap et