Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

100 dollarlıq mikrokompüter təqdim olunub


Bu ilin mayında satışa "Measy U4B" mikrokompüteri çıxarılacaq. Yığcam qurğu dörd hesablama nüvəsinə malik 1.8 QHs takt tezlikli "Rockchip RK3188" prosessoru və 1 QB əməli yaddaşla təchiz edilib. Daxili fləş-modulun tutumu 8 QB-dır, "MicroSD" kartı üçün slot da var.

"Wi-Fi 802.11b/g/n" və "Bluetooth 4.0" simsiz rabitə adapterləri, "MicroUSB" və "USB" portları mövcuddur. Qurğunu televizora qoşmaq üçün "HDMI" portundan istifadə edilir. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, mikrokompüter "Android 4.2 Jelly Bean" əməliyyat sistemi ilə işləyir. Onun ölçüsü 98,3×38,5×11 millimetr, çəkisi 27 qramdır.

Mikrokompüter ağ və qara rənglərdə əlçatan olacaq. Qiyməti 100 dollardan aşağı olacaq.

Emil Hüseynov




12/04/13    Çap et