Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” axtarış sistemi planşetlər üçün optimallaşdırılıb


Öz mobil platforması olan “Android”i daim inkişaf etdirən “Google” şirkəti, həmçinin axtarış sisteminin interfeysini planşet və smartfonlar üçün optimallaşdırır. Planşetlər üçün optimallaşdırılmış “Google” axtarış sistemi axtarışın sadələşdirilmiş nəticələrini, mətn, düymə və sensor idarəetmənin digər elementlərinin böyüdülmüş ölçüsünü təqdim edir. Bu isə xidmətdən həm portret, həm də albom rejimində istifadəni sadələşdirir.Planşetlər üçün optimallaşdırılmış “Google” axtarış sistemindən “iPad” və “Android 3.1” və yuxarı əməliyyat sistemi ilə işləyən qurğu sahibləri istifadə edə bilər.


www.3dnews.ru




03/08/11    Çap et