Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft”un qiyməti artıb


Bu il martın 31-də başa çatmış hesabat dövründə "Microsoft" şirkətinin xalis mənfəəti 19% artaraq 6,06 milyard dollar və ya 1 səhm üçün 72 sent olub. Şirkətin mədaxili 18% artaraq 20,5 milyard dollar təşkil edib.

Şirkətin məlumatına əsasən, hesabat rübündə "Office" məhsuluna, həmçinin telekonfranslar üçün kommersiya həllərinə tələbat xeyli artıb. Eyni zamanda fərdi kompüterlərə tələbat azalıb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, korporasiyanın məlumatına əsasən, gələn maliyyə ilində şirkətin əməliyyat xərcləri 31.6-32.2 milyard dollar təşkil edəcək.

Emil Hüseynov




19/04/13    Çap et