Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Apple" şirkəti "Siri" xidmətinin məlumatlarını 2 il saxlayır


"Wired" nəşri yazır ki, o, "Apple Siri" xidməti ilə bəzi təfərrüatları aydınlaşdırmağa nail olub. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, nəşr qeyd edib ki, bütün səs əmrləri 2 il müddətində "Apple"ın serverlərində saxlanılır.

Qeyd edək ki, amerika şirkəti əvvəllər bu barədə heç bir məlumat verməyib. Lakin hazırda "Apple"ın mətbuat xidmətinin yaydığı məlumata əsasən, səs əmrləri 2 il müddətində anonim vəziyyətdə saxlanılır.

Şirkət bunu səs əmrlərinin daim sınaqdan keçirilməsi və təkmilləşdirilməsi ilə izah edib.

Emil Hüseynov




20/04/13    Çap et