Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Unitaz da ağıllandı


21-ci əsrin həyatımıza gətirdiyi yeniliklər sırasında ən maraqlısı əşyaların insan zəkasına sahib olmaq qabiliyyətidir desək, yanılmarıq. Bu gün artıq məişət əşyalarının - televizor, paltaryuyan maşın və s. bu kimi qurğuların "ağılı" az qala bizi təəccübləndirmir. Bu trend unitazdan da yan keçməyib.

"Kohler" şirkətinin istehsalı olan unitaz işıqlandırma, "MicroSD" üçün slota, həmçinin "Bluetooth" moduluna malikdir.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, qeyri-adi cihaz "Numi Comfort Height" adlandırılıb. Onun qiyməti nə az, nə çox 6 min dollardır. İnsan unitaza yaxınlaşdıqda oturacaq avtomatik qalxır.

Tualetdə xoşagəlməz qoxu olduqda problem unitaza quraşdırılmış daxili hava təravətləndirici ilə aradan qaldırılır. Bundan başqa, unitaz isitmə sistemi ilə təchiz edilib. Sözügedən texnikanı idarə etmək üçün keyfiyyətli maye kristal displeydən istifadə edilib.

Emil Hüseynov




23/04/13    Çap et