Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Xbox” oyun konsolu mayın 21-də nümayiş etdiriləcək


“Microsoft” korporasiyası mayın 21-də “Xbox” oyun konsolunun yeni versiyasını təqdim edəcək. Xatırladaq ki, bundan əvvəl yeni “Xbox” oyun konsolunun cari ilin iyununda Los-Ancelesdə keçiriləcək “E3” oyun sərgisində nümayiş etdiriləcəyi gözlənilirdi.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, korporasiya bu il mayın 21-nə planlaşdırılmış tədbir üçün artıq dəvətləri göndərməyə başlayıb. Hazırda “Xbox 360” oyun konsolunun satış həcmi 76 milyonu ötüb.

Emil Hüseynov




25/04/13    Çap et