Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Seysmologiya Mərkəzinin bütün stansiyaları peyk rabitəsinə qoşulub


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmologiya Mərkəzinin (RSM) bütün stansiyaları peyk rabitəsinə qoşulub. "ICTnews" elektron xəbər xidmətinə RSM-dən verilən məlumata görə, bütün stansiyalar "Delta Telekom" şirkətinin üzərindən peyk sisteminə qoşulur.

Hazırda Xəzər dənizində də seysmoloji stansiyalar mövcuddur ki, bu da dənizdə gedən prosesləri izləməyə və məlumatın dərhal ötürülməsinə şərait yaradır.

Qeyd edək ki, baş stansiya Bakıda Akademiya şəhərciyinin ərazisindədir. Buraya peyk vasitəsilə real zaman rejimində mütəmadi olaraq respublikanın seysmoaktiv nöqtələrində quraşdırılmış vibrasiya sensorlarından məlumat daxil olur.

RƏVAN




26/04/13    Çap et