Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Texniki Universitetində Distant Təhsil Mərkəzi yaradılıb


Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov Minsk şəhərində təşkil olunan Belarus-Azərbaycan İnformasiya- Kommunikasiya Texnologiyaları (İKT) forumunda iştirak edib.

"ICTnews" elektron xəbər xidmətinin AzTU-ya istinadən verdiyi məlumata görə, forumda iştirak edən professor H.Məmmədov Belarus Ali Dövlət Rabitə kollecində olub, kollecin rektoru, professor Andrey Zeneviçlə görüşüb. Görüş zamanı əməkdaşlıq istiqamətləri müzakirə edilib və tərəflərin razılığı ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Əlaqələri genişləndirmək məqsədi ilə hər iki təhsil ocağında Distant Təhsil Mərkəzləri yaradılıb.

AzTU-da yaradılmış Distant Təhsil Mərkəzinin açılışı 24 aprel tarixində keçirilib. Açılış mərasimi video bağlantı vasitəsi ilə həyata keçirilib. Video bağılantı zamanı Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov və Belarus Ali Rabitə kollecinin rektoru, professor Andrey Zeneviç Distant Təhsil Mərkəzləri haqqında geniş məlumat veriblər.

CAHANGİR




27/04/13    Çap et