Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xan Şuşinskinin virtual muzeyi yaradılıb


Aprelin 29-da saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində dahi muğam ustadı Xan Şuşinskinin 3 dildə tərcümə olunmuş virtual muzeyinin - memorial saytının təqdimat mərasimi keçiriləcək.

Bu barədə məlumatı Xan Şuşinski Fondunun prezidenti, sənətkarın qızı Bəyimxanım Verdiyeva-Cavanşirova verib.

Qeyd edək ki, sayt Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlib. Virtual muzeyin hazırlanmasında Mədəniyyət və Turizm Nazirliyi, Xan Şuşinski Fondu və "Musiqi dünyası" jurnalı təşkilati dəstək göstərib.




29/04/13    Çap et