Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı şəhəri və Abşeron yarımadası ərazisində radiomonitorinq aparılıb


Bakı şəhəri və Abşeron yarımadası ərazisində növbəti radiomonitorinq işləri həyata keçirilib. Dövlət Radiotezliklər İdarəsindən (DRİ) verilən məlumata görə, idarənin “Radiomonitorinq” şöbəsinin mütəxəssisləri tərəfindən Bakı şəhəri və Abşeron yarımadası ərazisində TV və FM proqramlarının yayım vəziyyəti araşdırılıb.

Bu məqsədlə 22-26 aprel 2013-cü il tarixlərində Sumqayıt şəhəri, Sahil, Pirallahı, Kürdəxanı, Nardaran, Pirşağı, Ramana, Sabunçu, Zabrat, Badamdar, Bibiheybət, Bülbülə qəsəbələrində radiomonitorinq işləri aparılıb.

Qeyd edək ki, Azərbaycanda radio-televiziya yayımının optimallaşdırılması və yayım vəziyyətinin yoxlanılması məqsədilə mütəmadi olaraq radiomonitorinq işləri həyata keçirilir.

CAHANGİR




29/04/13    Çap et