Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” səhvlərinə görə vəsait ödəməkdən usanmır


"Google" şirkəti bu ayın yekununa görə "Chrome" brauzerində aşkar etdikləri bir neçə boşluq haqda informasiyaya görə müstəqil İT mütəxəssislərini 31336 dollar həcmində mükafatlandırıb. Bu məbləğin xeyli hissəsi Lüksemburq Universitetinin nəzdində İT təhlükəsizlik mərkəzində işləyən Ralf-Filip Veynmanna çatıb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətdən verilmiş məlumata görə, Veynmannın "Chrome" brauzerində aşkar etdiyi boşluqlara görə mükafatlandırılma məbləği 30 min dolları ötüb.

Emil Hüseynov




30/04/13    Çap et