Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya Texnologiyaları Universiteti bu il sentyabrın 15-dən etibarən fəaliyyətə başlayacaq


“İnformasiya Texnologiyaları Universiteti bu il sentyabrın 15-dən etibarən fəaliyyətə başlayacaq”. Bunu Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov jurnalistlərə deyib.

İ.Pirməmmədov qeyd edib ki, həmin universitetin əsasnaməsi və hansı ixtisaslar üzrə kadrlar hazırlayacağına dair sənədlər Təhsil Nazirliyinə göndərilib:

“Bu yaxınlarda Təhsil Nazirliyi bununla bağlı öz rəyini bildirəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə qəbul planına əsasən tələbələrin qəbulunu aparacaq”.

RƏVAN




30/04/13    Çap et