Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kommunikasiya xətlərinin çəkilişi ilə bağlı kotirovka sorğusu keçirilir


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) kommunikasiya xətlərinin çəkilişi işinin satınalınması üçün kotirovka sorğusu keçirir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə elan komissiyanın rəsmi saytında yerləşdirilib. Kommunikasiya xətlərinin çəkilişi işinə Dövlət Reyestrinə qoşulma üçün DQMK-nin Koroğlu Rəhimov küçəsində yerləşən inzibati binasına ATS-564-dən FO-12 kabel magistralının çəkilişi daxildir. Kotirovka sorğusunda iştirak etmək üçün nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş), kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş), kommersiya hüquqi şəxsinin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə), vergi və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış və vergi uçotu haqqında arayış (əgər sadələşdirilmiş vergi ödəyicisidirsə) tələb olunur.

Sənədlər cari il, 13 may tarixinədək qəbul edilir.

CAHANGİR




30/04/13    Çap et