Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter”i bağlayacaqlar


“Twitter” mikrobloqlar xidməti saytın köhnə versiyasından birdəfəlik imtina edəcək. Bu, həftə ərzində olacaq. Bu haqda “Twitter” administrasiyası rəsmi mikrobloqda bildirib. İndiyə qədər yeni versiyaya keçməyən istifadəçilər ona məcburi keçiriləcəklər. Bu barədə xəbərdarlıq iyun ayından başlayaraq “Twitter” saytında ekranın yuxarı hissəsində göstərilir.
Qeyd edək ki, “Twitter”in yeni versiyası 2010-cu ilin sentyabr ayında təqdim edilib. Onu köhnə versiyadan mesaj lentinin "sonsuz burulma " mexanizmi, tvit-ə sıxdıqda yaranan kontekst panel və “Twitter” daxilində məşhur hostinqlərdən videoçarxlar və şəkillərə baxmaq imkanı fərqləndirir. “Twitter”də 200 milyondan çox istifadəçi qeydiyyatdan keçib. Avqust ayının 1-də xidmət administrasiyası bloqda qeyd edib ki, hər gün xidmətdə 200 milyondan çox mesaj-tvit dərc edilir.


lenta.ru




03/08/11    Çap et