Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni nəsil smartfonlar onun nüfuzunu artırdı


Bu ilin birinci rübünün nəticələrinə əsasən "Samsung" şirkətinin mədaxili 16,8% və ya 47,7 milyard dollar artıb. "ICTnews" xəbər xidmətinin "www.it-top.ru" saytına istinadən verdiyi məlumata əsasən, baxmayaraq ki, adətən birinci rüb ən zəif vaxtdır, "Samsung" şirkəti yaxşı nəticələr əldə edə bilib.

Belə ki, ötən ilin birinci rübü ilə müqayisədə xalis gəlirin artımı 42% təşkil edib. Bu ilin birinci rübünün göstəricilərini ötən ilin dördüncü rübü ilə müqayisə etdikdə isə xalis gəlir cəmi 1% azalıb, bu da çox gözəl nəticədir. "Samsung"un məlumatına əsasən, bu nəticələrə "Galaxy S3" yüksək satış həcmləri hesabına nail olmaq olub. Eyni zamanda, "Samsung" qüsurlu məhsulların, zəmanətli təmirə qaytarılan «Samsung Galaxy S3» sayını minimuma endirməklə istehsal xərclərindən boyun qaçıra bilib.

Hesabatda "Samsung Galaxy Note II" satış həcmləri yüksək olub ki, bu da yekun gəlirə müsbət təsir göstərib. Qeyri-rəsmi məlumata əsasən "Samsung" 70 milyona yaxın smartfon sata bilib, bu da dünya bazarının 32.7%-ni təşkil edir.

Müqayisə üçün bildirək ki, "Apple" cəmi 37.4 milyon smartfon satıb ki, bu da bazarın 17.3%-nə sahib olmaq deməkdir. Ümumilikdə isə dünya bazarına bu ilin birinci rübündə cəmi 217 milyon smartfon təqdim edilib.

Aynur Vəliyeva




02/05/13    Çap et