Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry”-dən yeni smartfon


“RİM” şirkəti əməliyyat sistemini yeni – “BlackBerry 7” versiyası ilə işləyən “BlackBerry Torch 9810” smartfonunu təqdim edib. Yenilik görünüşcə keçənilki “Torch 9800” modelinə oxşayır, lakin ondan daha yaxşı texniki xüsusiyyətləri ilə fərqlənir.
Belə ki, qurğunun 3,2 düym ekranının kəskinliyi 640x480 piksel təşkil edir. Smartfon irəli çəkilə bilən “QWERTY” klaviatura ilə vertikal slayder form-faktorunda hazırlanıb. O, 768 MB əməli yaddaş, 8 QB daxili yaddaş, “microSD” slotu, 5 meqapiksel kamera, “Wi-Fi”, “Bluetooth” və “GPS” modulları ilə təchiz edilib. Model 1,2 QHz tezlikli prosessor ilə olacaq. “BlackBerry Torch 9810” “HSPA+” şəbəkələrini dəstəkləyir. Aparatın ölçüləri 111x62x14,6 mm, çəkisi isə 161 qramdır. Yeni qurğunun satışları avqust ayının sonunda başlanacaq.


www.onliner.by




03/08/11    Çap et