Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil telefonla danışarkən nələrə fikir vermək lazımdır?


«Mobil telefonla danışan zaman yayılan maqnit dalğalarının təsirini azaltmaq üçün qulaqcıqlardan istifadə olunmalıdır.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri tibb elmləri doktoru, professor Rasim Babayev söyləyib. Onun sözlərinə görə, mobil telefonlardan danışarkən aparılan söhbəti maksimum lakonikləşdirmək lazımdır ki, orqanizmimiz ziyanlı təsirlərə az məruz qalsın.

Professor qeyd edib ki, zəng gələn zaman telefonu dərhal qulağa aparmaq məsləhət deyil: «Mobil telefona zəng gələn zaman «bəli» düyməsini basdıqdan bir qədər sonra, yəni təxminən 3-4 saniyədən sonra qulağa yaxınlaşdırmaq lazımdır. Bu zaman maqnit dalğasının ilkin güclü axınını orqanizmdən uzaq tutmaq olar».

Uşaqların mobil telefonlardan mümkün qədər az istifadə etməli olduğunu önə çəkən R.Babayev əlavə edib ki, yeniyetmələr məktəbə daxil olduqları zaman telefonlarını tamamilə söndürmələri məsləhətdir:

«Çünki mobil telefonlarla danışan məktəblilərin həm fikirləri dağılır, diqqətlərini cəmləyə bilmirlər, həm də onların sağlamlıqları sual altında qalır. Hesab edirəm ki, valideynlər də bu nüanslara fikir verməlidirlər».

SEYMUR




02/05/13    Çap et