Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Prezident İlham Əliyev Sumqayıtda “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib


Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərdə olub. Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad etdi, Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub. Azərbaycan Prezidenti Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Sonra Prezident İlham Əliyev Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub.

Daha sonra dövlətimizin başçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıtda “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Prezident İlham Əliyev Sumqayıtda “Gilan” Tekstil Kompleksinin açılışında da iştirak edib.






03/05/13    Çap et