Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Fujitsu”: planşetlər kompyuter və noutbukları əvəz edəcək


Stolüstü kompyuterlər və noutbuklar bazarda yeri planşetlərə güzəştə getməli olacaqlar. “Fujitsu” şirkətinin nümayəndəsi Cozef Redjer belə bir bəyanatla çıxış edib. Onun sözlərinə görə, ənənəvi kompyuterlər yalnız biznes-seqmentdə üstün olacaqlar.
Cozef Redjer əmindir ki, yaxın 5 il ərzində planşetlər rəqiblərini - desktop və noutbukları satış həcminə görə ötəcək.
Yapon korporasiyasının nümayəndəsi əlavə edib ki, planşet satışlarının sürətlə artması belə qurğuların dəyərinin azalması zamanı baş verəcək. br>Məsələn, “Amazon”un öz planşetini 300 dollara satacağı gözlənilir. Sonra kompyuterlərə tələbat azalacaq və bazardan sərt disk istehsalçıları, ana lövhələr və digər kompyuter hissələri yox olacaq.




04/08/11    Çap et