Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkəti yeni “Xperia” smartfonunu təqdim edib


“Sony Mobile” “Xperia” seriyasından yeni sukeçirməz smartfon təqdim edib. Yeni “Sony Xperia ZR” smartfonu 4.6 düymlü ekrana malikdir. Smartfonun korpusu sukeçirməz materialdan hazırlanıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, aparat “HDR” diapazonda işləməyə qadir 13 meqapiksellik kamera və “Exmor RS” fotosensoru ilə təchiz edilib.

Sözügedən cihaz 1.5 QHs takt tezlikli “Qualcomm Snapdragon S4” mikroprosessoru, 2 QB əməli yaddaş, “LTE” və “NFC” çipləri, həmçinin musiqilərlə işləmək üçün “Walkman” proqram təminatı ilə təchiz edilib. Aparatın qiyməti haqqında məlumat yoxdur.

Emil Hüseynov




13/05/13    Çap et