Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Astarada kompyuter oyunları üzrə rayon çempionatı keçirilib


Astara şəhərindəki Heydər Əliyev Mərkəzində kompyuter oyunları üzrə rayon çempionatı keçirilib. Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə İnformasiya və Kommunikasiya Texnologiyaları ili çərçivəsində 14-29 yaşlı yeniyetmələr və gənclər arasında keçirilən rayon çempionatında qalib adı uğrunda 33 nəfər mübarizə aparıb.

Artupa kənd tam orta məktəbinin, Astara şəhər 2 nömrəli tam orta məktəbinin və Astara Pedaqoji Kollecin komandası müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar. Şəxsi birincilik də isə Astara şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Vüsal Hüseynov, həmin məktəbin şagirdləri Vüqar Nağıyev və Ramazan Məhərrəmli Artupa kənd tam orta məktəbin şagirdi Mirhəşim İbrahimov, Astara şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi Elşad Mirzəyev fərqləniblər.

Qaliblərə fəxri fərmanlar və medallar təqdim edilib.




14/05/13    Çap et