Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “SkyDrive” xidmətinin işini təkmilləşdirir


"Microsoft" korporasiyası "SkyDrive" xidməti çərçivəsində yeni təkmilləşdirmələr edib. Belə ki, şirkət fotolara daha effektiv baxış və onların yüklənməsi mexanizmini reallaşdırıb, həmçinin.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bundan başqa, şirkət "SkyDrive" xidmətinin masaüstü proqramını və onun server həllinin işini təkmilləşdirib ki, bu da fayllarla iş sürətini 2-3 dəfə artırmağa imkan verməlidir.

Şirkətin məlumatına əsasən, xidmətdə yerləşdirilmiş fayl və qovluqların oxunması, həmçinin "PowerPoint" və "Word" formatlarının dəstəklənməsi təkmilləşdirilib. Şirkətdən bildirilib ki, "SkyDrive" xidmətində ən populyar məzmun tipi foto olduğuna görə həyata keçirilmiş yeniliklərin əsas hissəsi məhz ona istiqamətlənib.

Emil Hüseynov




14/05/13    Çap et