Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Berlin şəhərində “Kiosk Europe Expo” İKT sərgisi keçiriləcək


12-13 iyun tarixlərində Almaniyanın Berlin şəhərində "Kiosk Europe Expo" İKT sərgisi keçiriləcək. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. Fonddan bildirilib ki, sərgiyə azərbaycanlı iş adamları və sahibkarlar da dəvətlidirlər.

Sərginin Təşkilat Komitəsindən qeyd edilib ki, bu gün müasir dünyada kiosk xidmətlərinə və texnologiyalarına tələbat artmaqdadır. Bu tələbata uyğun olaraq, kiosk quraşdırılması sahəsi Avropada ildə ən azı 35 faiz böyüyür. Hazırda aeroportların qeydiyyat kioskları, supermarketlərin terminallar, bankların müştəri xidmətləri üzrə kioskların quraşdırılmasına marağı durmadan artır.

Mütəxəssislərin hesablamalarına görə, ticarət şəbəkələrində quraşdırılan kioskların sayəsində satışda orta hesabla 18 faiz əlavə artım yaranır. Bu səbəbdən sərgidə kiosklarla bağlı ən son yeniliklər, texnoloji həllər, onların yaratdığı geniş imkanlar nümayiş ediləcək.

HƏQİQƏT




14/05/13    Çap et