Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yoxlamaların vahid məlumat reyestri yaradılacaq


Sahibkarlıq sahəsində bir sıra yoxlamaların olması bu istiqamətdə məlumat mərkəzinin qurulmasını aktuallaşdırıb. Ona görə də Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədilə yoxlamaların vahid məlumat reyestri aparılacaq və məlumat bazası yaradılacaq.

Vahid məlumat reyestrinin yaradılması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu” layihəsində nəzərdə tutulub.

"ICTnews" xəbər xidmətinin məlumatına görə, sözügedən layihədə yoxlayıcı orqanların apardıqları hər bir yoxlama barədə məlumatı təqdim etmələri göstərilib. Yoxlayıcı orqanlar informasiyaları nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq vahid məlumat reyestrinə verməyə borcludurlar.

Əks təqdirdə, yəni yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmayacaq.

SEYMUR




14/05/13    Çap et