Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk dəfə kompüterlə çəkilən şəkil belə olub


Amerikalı jurnalist Bencami Edvards kompüterlə çəkilən ilk şəkli əldə edib. "ICTnews.az" elektron xəbər xidməti "http://telegraf.com.ua" saytına istinadən bildirir ki, o, 1959-cu ildə "SAGE" mərkəzinin əməkdaşı tərəfindən çəkilib.

2000 kvadrat metr ərazi tutan və 300 min dollar dəyərində nəhəng lampa kompüterlərindən ibarət komplekslər mümkün raket və aviasiya hücumlarını izləmək üçün ABŞ-ın sahili boyunca yerləşdirilmişdi. Lampa kompüterləri hər gün sahil boyunca baş verənləri izləyərək onların proyeksiyalarını cızırdı.

Emil Hüseynov




14/05/13    Çap et