Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşet Windows 8 nümayiş olunub


Microsoft “All Things D” konfransında Windows-un yeni planşet versiyasının xarici görünüşü və bəzi imkanlarının ilk ictimai nümayişini keçirib. Yeniliyi Windows bölməsinin prezidenti Stiven Sinofski göstərib. Onun sözlərinə görə, yeni sistem hələ ki Windows 8 adlanır, amma bu, yalnız kod adıdır, buraxılış anına kimi ad dəyişəcəkdir.
"Windows 8-in köməyi ilə biz sizin fərdi kompyuterlə necə işlədiyinizi yenidən göstərməyə çalışdıq", - deyə Sinofski bildirib.
Windows planşetində birinci və ən aşkar dəyişiklik onun interfeysidir. Burada adət edilmiş "Start" yoxdur və işçi stolu klassik Windows-a nisbətən Windows Phone interfeysinə daha yaxındır. Windows-bölmənin prezidenti rəsmən təsdiq edib ki, əməliyyat sistemi yalnız Intel və AMD-də deyil, həm də ARM-ın mobil çiplərində də işləyəcək.
Windows 8 native-kodlara deyil, daha çox yüksək səviyyəli HTML5 və JavaScript-ə əsaslanır.
Windows 8-də ekranın blokdan çıxarılması iOS-da olduğu kimi - ekran üzrə barmağın sürüşməsi ilə həyata keçirilir. Burda proqramlar (Windows Phone 7-də olduğu kimi) xüsusi steklərdə qruplaşdırılıb. Həmçinin, yeni əməliyyat sistemi Mac App Store kimi işləyən Microsoft Store ilə işləmək imkanı əldə edib.




02/06/11    Çap et