Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti planşet istehsalında maraqlıdır


“Nokia Smart Devices” bölməsinin vitse-prezidenti Co Xarlou “Lumia 925” smartfonunun təqdimatı zamanı bildirib ki, şirkət planşetlərin istehsalında maraqlıdır.

Top-menecer vurğulayıb ki, “Nokia” sözügedən bazar seqmentini diqqətlə izləyir, lakin şirkət hələ ki hər hansı məhsul təqdim etməyə hazır deyil.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, ötən ilin payızından “Nokia” şirkətinin planşet istehsal edəcəyi ilə bağlı şayiələr gəzir.

Belə ki, 2012-ci ilin sentyabrında Stiven Elop bildirmişdi ki, sözügedən qurğunun istehsalı mümkündür, lakin şirkətin planları haqqında məlumat verməmişdi.

Emil Hüseynov




15/05/13    Çap et