Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google+” sosial şəbəkəsinin dizaynı dəyişdirilib


"Google I/O 2013" konfransında internet nəhənginin icraçı prezidenti Vik Qundotra "Google+" sosial şəbəkəsinin dizaynının dəyişdirilməsi haqqında bildirib.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, əvvəlki dizayn sütunlar ilə əvəzlənib. Ekranın parametrlərindən asılı olaraq, sütunların sayı 3 də ola bilər.

Sözgedən sütünlarda yazılar əks olunacaq. Foto və yüksək təsvir ölçülü videoçarxlar ekranın bütün sahəsini tutacaq. Həmçinin bir sütunlu baxış rejiminə keçid imkanı nəzərdə tutulub.

Emil Hüseynov




16/05/13    Çap et