Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avstraliyadakı Azərbaycan icmasının rəsmi saytı yaradılıb


Avstraliyadakı Azərbaycan icmasının rəsmi veb-səhifəsi istifadəyə verilib. "ICTnews" elektron xəbər xidmətinin Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, bundan sonra Avstraliyadakı Azərbaycan icması ilə bağlı bütün xəbərləri bu saytda ( www.azeri.com.au ) izləmək və xəbərlərə abunə yazılmaq mümkün olacaq.

Sayt Avstraliya milli domenində yerləşir və mütəmadi olaraq yenilənəcək.

Veb-səhifədə Avstraliya-Azərbaycan əlaqələrinə həsr olunmuş ayrıca bölmə var.

Azərbaycana viza almaq, səfər etmək istəyənlər üçün məsləhətlər, ölkəmiz haqqında geniş məlumat, fotolar və xəbərlər də saytda yer alıb. Bundan əlavə, Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin təşkil etdiyi tədbirlər, Avstraliyada fəaliyyət göstərən "Azərbaycanın Səsi" radiosunda efirə gedən verilişlər də saytda yerləşdiriləcək.

CAHANGİR




17/05/13    Çap et