Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sensor noutbukların bazar payı durmadan artır


Bazar ekspertləri iddia edir ki, 10 düymdən ibarət böyük diaqonallı, tutumlu ekranlarla təchiz edilmiş noutbukların bazar payı durmadan və kifayət qədər sürətlə artır.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Displaybank" analitik agentliyinin məlumatına əsasən, 2013-cü il birinci rübün yekununa görə, bazara sensor ekranla təchiz edilmiş 4,57 milyon noutbuk tədarük edilib ki, bu da ötən rüblə müqayisədə 51,8% çoxdur. Qeyd edək ki, birinci rübdə ümumilikdə 46 milyon noutbuk satılıb.

Araşdırmaya əsasən, sensor noutbuklar artıq ümumi tədarükün ən azı 10%-ni təşkil edir. Asiyanın "Lenovo", "Acer" və "ASUS" kimi şirkətləri sözügedən texnologiyanı inkişaf etdirirlər. Ekspertlərin fikrincə, 11,6 düymlü diaqonala malik sensor modellər bazarda daha yaxşı perspektivə malikdir.

Emil Hüseynov




18/05/13    Çap et