Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” şirkəti “Tumblr” bloq xidmətini satın aldığını rəsmən bəyan edib


"Yahoo!" internet şirkəti bu gün "Tumblr" bloq xidmətini 1.1 milyard dollara satın aldığını rəsmən bəyan edib. Şirkətin bəyanatına əsasən, sazişin pulu ödənilib və "Yahoo!" hazırda bloq xidmətin yeni sahibidir.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, əksər tənqidçilər bildirir ki, sözügedən saziş bir çox suallar doğurur, çünki son zamanlar "Yahoo!" öz resurslarının effektiv pula çevrilməsi strategiyasını hazırlamayıb və hazırda demək olar ki, pul gətirməyən 100 milyon bloq satın alıb.

Sözügedən bloqların əksəriyyəti gənclər tərəfindən idarə olunur. "Yahoo!"-nun məlumatına əsasən, satınalma üzrə saziş bu ilin ikinci yarısında bağlanacaq. Xidmətin təsisçisi, 26 yaşlı Devid Karp işləməyə davam edəcək. O, öz bəyanatında yazıb ki, "Tumblr" layihəsinin qlobal missiyası sazişdən sonra dəyişməyəcək.

Xatırladaq ki, "Tumblr" 2007-ci ildə yaradılıb. Ötən ayda adıçəkilən xidmətdə 108 milyon fərdi bloq yerləşdirilib.

Emil Hüseynov




21/05/13    Çap et