Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda "AzDataKom"un internet xidmətlərindən 1520 nəfər istifadə edir


"AzDataKom" şəbəkəsində genişzolaqlı ADSL texnologiyası üzərindən internet xidmətlərindən 1520 abunə istifadə edir. "ICTnews" xəbər xidmətinin məlumatına əsasən, istifadəçilərdən 800 nəfəri paytaxtın, 720 nəfəri isə regionların payına düşür. Bununla yanaşı, sözügedən xidmətlərdən 155 korporativ müştəri istifadə edir.

Xatırladaq ki, bütün respublikanı əhatə edən "AzDataKom" istənilən dövlət və özəl sektora aid idarə, bank, müəssisə və təşkilatların, hər-hansı ticarət şəbəkəsinin, anbarların və digər biznes strukturları olan iri bir müəssisənin bir-birindən uzaqda yerləşən filiallarının və onların əməkdaşlarının qarşılıqlı əlaqəsinin müəyyən zaman ərzində bir mərkəzdən idarə olunması üçün yüksək sürətli multiservis şəbəkəsinə malikdir.

Hazırda şəbəkə vasitəsilə yüksəksürətli internetə çıxış, internet protokol üzərindən səs, virtual özəl şəbəkə, oyunlar və əyləncə, videokonferensiya, distant təhsil, teletibb, axın videosu, sorğuya uyğun video, məlumatın saxlanılması, sifariş və interaktiv xidmətlər təqdim edilir.

Aynur Vəliyeva




22/05/13    Çap et