Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Samsung Galaxy S IV” mövsümün ən yaxşı smartfonu adına layiq görülüb


Amerikanın nüfuzlu “Consumer Reports” jurnalı smartfonlar bazarını təhlil edərək onları müqayisəli şəkildə sınaqdan keçirib. Nəticədə nəşrin ekspertləri belə nəticəyə gəliblər ki, “Samsung Galaxy S IV” mövsümün ən yaxşı smartfonudur.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, əvvəlki sınaqların yekununa görə, “LG Optimus G” reytinqdə birinci yerdə qərarlaşmışdı.

Nəşr qeyd edir ki, “Galaxy S IV” smartfonu yüksək təsvir ölçüsünə malik 5 düymlük sensor ekrana malikdir, çoxlu sayda datçiklərdən ibarətdir, məlumatları asanlıqla idarə etməyə imkan verir. Sözügedən cihazın məhsuldarlığı çox yaxşıdır, kamerasına isə söz ola bilməz.

Qeyd edək ki, “Consumer Reports” jurnalı istehlakçılar arasında böyük nüfuza malikdir və etibarlı informasiya mənbəyidir.

Emil Hüseynov




22/05/13    Çap et