Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet xidmətlərinin tarif indeksi 6,2 faiz ucuzlaşıb


Aprel ayında nəqliyyat və poçt tarifləri indeksi mart ayına nisbətən 0,9 faiz azalmış, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 2,5 faiz artıb.

Rabitə tarifləri indeksi ötən aya nisbətən 0,4 faiz azalaraq, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, poçt və kuryer tariflərində dəyişiklik müşahidə olunmayıb. Rabitə sahəsində internet xidmətlərinin tarif indeksi isə 6,2 faiz ucuzlaşıb.

RƏVAN




23/05/13    Çap et