Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sosial Media Akademiyası 2” başlayır


Azərbaycanda xüsusən gənclər arasında sosial media sahəsinə marağın olmasını nəzərə alaraq “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi “Sosial Media Akademiyası” layihəsini həyata keçirib.

“ICTnews” elektron xəbər xidmətinə “İRƏLİ” İctimai Birliyindən verilən məlumata görə, hazırda mərkəz layihənin gənclər arasında müsbət əks-səda yaratması və çox saylı müraciətləri nəzərə alaraq “Sosial Media Akademiyası 2” layihəsinə start verir.

Layihəyə 25 nəfər iştirakçı seçiləcək. İştirak hüququ qazanmış iştirakçılar 1 ay ərzində sosial media alətlərindən effektiv istifadə etməyi, resursların düzgün şəkildə vahid istiqamətə yönəldilməsini, sosial mediada reklam və uğurlu PR-ın aparılması yollarını öyrənəcəklər.

Layihənin keçirilməsində məqsəd Azərbaycan həqiqətlərinin müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılmasında aktivlik göstərmək, iştirakçıları yeni media və ənənəvi media mühitində baş verənləri müqayisəli formada təhlil etməyə hazırlamaq, müxtəlif fəaliyyətlərin, təşəbbüslərin, xidmətlərin, sosial media vasitəsilə dəstəklənməsi istiqamətində bacarıq və vərdişlər formalaşdırmaq, sosial media mühitində etik qaydaları mənimsətməkdən ibarətdir.

Layihədə iştirak etmək istəyən şəxslər 30 may 2013-cü il tarixinə qədər www.ireli.az saytında onlayn ərizə formasını dolduraraq müraciət edə bilər.

CAHANGİR




24/05/13    Çap et