Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da “Google” şirkətinə qarşı növbəti araşdırma başlanıb


ABŞ-da "Google" şirkətinə qarşı daha bir araşdırma başlaya bilər: ABŞ-ın Federal Ticarət Komissiyası "Google" şirkətinin qrafik onlayn-reklam bazarında liderliyini, rəqabət səviyyəsini, qeyri-qanuni fəaliyyətini araşdırır.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, bu ilin yanvarında Amerika idarəsi "Google" şirkətinə qarşı, internet-axtarış sisteminin iş təcrübəsi ilə bağlı araşdırmanı bağlayıb. Amerika KİV-i bildirir ki, hazırda araşdırma ilkin mərhələdədir.

ABŞ-ın Federal Ticarət Komissiyasının mətbuat xidməti bu araşdırmanı hələ ki, şərh etmir. Buna baxmayaraq, məlumdur ki, idarə "Google" şirkətinin bazarda lider mövqeyindən istifadə edərək reklam vericilərini məcburən öz reklam servislərini istifadə etdiyini aşkar etməklə məşğuldur.

Hazırda Amerikanın banner reklamı bazarı 17,7 milyard dollara qiymətləndirilir. Ekspertlər deyirlər ki, son iki il ərzində "Google" aqressiv olaraq müvafiq bazarda payını artırıb və burada onun heç də bütün yanaşmaları pozitiv qəbul edilməyib.

Eyni zamanda, Kanadanın rəqabət üzrə bürosu bildirib ki, "Google" şirkətinin internet-axtarış bazarında fəaliyyətini araşdırmağa hazırlaşır. Analoji araşdırma Avropa İttifaqında aparılır və burada şirkətin törəmə müəssisəsi olan "Google Motorola Mobility"-nin fəaliyyəti araşdırılacaq.

Şirkətdən telekommunikasiya patentlərindən sui-istifadə etməsi ilə bağlı şübhələnirlər. "Google" şirkətinin özündə də son məlumatlar şərh edilmir, lakin bildirilir ki, şirkət həmişə hakimiyyət orqanları ilə əməkdaşlıq edib.

Aynur Vəliyeva




24/05/13    Çap et