Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wordpress” platformasının inkişafına vəsait ayrılıb


“Tiger Global” özəl fondu ötən həftənin cümə günü populyar “Wordpress.com” bloq xidmətini idarə edən “Automatic” şirkətinə 50 milyon dollar həcmində investisiya yatırıb.

“Fortune” nəşri qeyd edib ki, hazırda qərb bazarlarında bloq-xidmət operatorları çox yüksək qiymətləndirilir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda “Wordpress” platformasında gündəlik təxminən 50 milyon insan öz bloqunu idarə edir. Müqayisə üçün qeyd edək ki, 5 il əvvəl bu göstərici 4 milyona bərabər idi. Müvafiq dövr ərzində “Tumblr” bloq-xidmətinin auditoriyası artaraq 100 milyon olub.

Emil Hüseynov




27/05/13    Çap et